16 Aprel 2023 10:09
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk Xalq Respublikasının (DXR) rəhbəri vəzifəsini icra edən Denis Puşilin özünün Teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin (APU) Donetsk şəhərinin mərkəzində endirdiyi zərbəni şərh edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Puşilin Rusiya hərbçiləri tərəfindən ukraynalı döyüşçülərin zərərsizləşdirilməsi işlərinə başlandığını bildirib.

“Düşmən Pasxa gecəsi mərkəzi kafedralın ərazisinə qəsdən hücum etdi. Döyüş ekipajlarımız artıq onları zərərsizləşdirməklə məşğuldurlar"- o, yazıb.

Puşilin qeyd edib ki, hazırda insident nəticəsində 1 nəfərin öldüyü və 6 nəfərin yaralandığı barədə məlumat var. O, şəhər sakinlərinə xəbərdarlıq edərək, onları ehtiyatlı olmağa çağırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər