Aprelin 15-də BMT-nin Ümumdünya Ərzaq Proqramının 3 əməkdaşı Sudanda həlak olub.
Teleqraf.com xəbər verir ki, BMT əməkdaşları Sudanda ordu və xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar zamanı ölüb.
Baş verən hadisədən sonra BMT Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini dayandırıb.