Avropa Birliyi Rusiya ilə birlikdə Avropada təhlükəsizliyini təmin etməyə çalışır. Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Yeni il çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Birliyi heç də Rusiyadan qorunmur: “Şübhəsiz ki, biz Rusiyadan qorunmuruq, Rusiya ilə birgə Avropanın təhlükəsizliyini təmin etmək istəyirik”.
Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyəcəklərini vurğulayan Merkel əlavə edib ki, Avropa dəyərlərin qorunması üçün vahid və güclü, amma dinc mövqe nümayiş etdirməklə bağlı qərar verib.
Xatırladaq ki, Krımın Rusiya tərəfindən anneksiyasından sonra Qərb dövlətləri Moskvaya qarşı sanksiyalar tətbiq ediblər və sanksiyalar getdikcə gücləndirilir.