2 Yanvar 2015 09:40
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

“General Motors” şirkəti 83,6 min maşından alışma sistemindəki qüsura görə imtina edib.

Axar.az xəbər verir ki, sistemdəki nasazlıq səbəbindən maşınlarda avtomatik tormozlanma və qəza baş verəcəyini hesablayan şirkət belə qəza zamanı təhlükəsizlik yastıqlarının da açılmamasından narahatdır.

Buna görə də şirkət “Chevrolet Silverado HD”, “Silverado LD”, “Suburban”, “Tahoe”, “Avalanche GMC Sierra LD”, “Sierra HD”, “Yukon”, “Yukon XL”, “Cadillac Escalade”, o cümlədən “Cadillac Escalade ESV” və “Cadillac Escalade EXT” modellərini geri çağırmağa qərar verib.

Qeyd edək ki, “General Motors” 34 ölkəyə minik və yük maşınları ixrac edir, 140 ölkədə isə avto-texniki xidmət göstərir. Baş idarəsi Miçiqan ştatının Detroyt şəhərində yerləşən şirkətin işçilərinin sayı 245 minə yaxındır.


Müəllif:

Oxşar xəbərlər