Türkiyənin Sivas vilayətində sərnişin avtobusu aşıb. Nəticədə 51 nəfər xəsarət alıb.
Qəzetin məlumatına görə, xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İlkin məlumata görə, sərnişinlərdən dördünün vəziyyəti ağırdır.
Yol qəzasına səbəb sürücünü idarəetməni itirməsi olub.
Faktla bağlı cinayət işi açılıb./trend/