Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, görüşdən fotonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında yayımlayıb.
Aprelin 24-də Lavrov Nyu-Yorka gedib. Uçuşdan əvvəl nazir deyib ki, Rusiya ABŞ hakimiyyətinə Nyu-York səfərində onu müşayiət etməli olan rusiyalı jurnalistlərə viza verilməməsi ilə bağlı vəziyyəti unutmayacaq və bağışlamayacaq.
BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasında çıxış edən Lavrov, xüsusilə, BMT-nin və nizamnaməsinin ABŞ-ın ambisiyaları üçün təhlükə yaratdığını deyib.