2 Yanvar 2015 12:06
2 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində Donbas separatçıları yenidən fəallaşıb. Bu barədə Antiterror Əməliyyatları Qüvvələrinin İnformasiya Mərkəzinin “Facebook” səhifəsində məlumat verilib.

Teleqraf.com-un məlumatına görə, atəşkəsi intensiv şəkildə pozan separatçılar hökumət qüvvələrini dəfələrlə təxribata çəkməyə səy göstəriblər. Belə ki, sutka ərzində Ukrayna ordusunun mövqeləri 16 dəfə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Separatçıların əsas hədəfi Donetsk aeroportu və ətraf yaşayış məntəqələri olub. Dağıntılara baxmayaraq, hərbçilər və dinc sakinlər arasında xəsarət alan olmayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər