Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələrinin Karib dənizində keçirdiyi birgə əməliyyatda 5,5 ton kokain aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Kolumbiya Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Panama Hərbi Hava Qüvvələri və ABŞ-ın dəstəyi ilə Morrosquillo körfəzindən 120 mil uzaqlıqda narkotik qaçaqmalçılarına qarşı əməliyyata başlanılıb.
Əməliyyatda 4-ü Kolumbiya, 1-i Panamadan olan 5 nəfər həbs edilib. Təhlükəsizlik qüvvələrini görən narkotik dəstəsinin üzvləri bir qədər kokaini dənizə töküblər.
Müsadirə edilən kokainin bazar dəyərinin təxminən 184 milyon dollar olduğu bildirilir.