29 Aprel 2023 20:58
6 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisə gələn Fransa xarici işlər naziri Ketrin Kolonna ilə ölkəsinin Avropa Birliyinə (AB) inteqrasiya prosesini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, Gürcüstan prezidenti ölkəsinin AB-yə üzv olmaq üçün çalışdığını deyib.

“Bu gün Gürcüstan Avropa Birliyinin tövsiyələrini yerinə yetirmək prosesindədir və indiki məqamda geosiyasi kontekst çox vacibdir. Gürcüstan namizədlik statusunun təkrar rədd edilməsini qəbul edə bilməz, bunu başa düşmək çətin olacaq”, - Zurabişvili bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, ölkə əhalisi Avropaya inteqrasiyanı dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər