Çində ötən ilin dekabrından bu ilin yanvarınadək olan müddətdə əhalinin 82 faizi artıq COVID-19 virusuna yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin xəstəliklərə nəzarət və profilaktikası mərkəzi məlumat yayıb.
Həmin dövrdə əhalinin böyük hissəsinin PCR testindən keçmədiyi səbəbindən mərkəz yoluxmaların sayını müəyyən etmək üçün əhali arasında anonim sorğu keçirib.
Sorğunun nəticələrinə əsasən yoluxmaların pik dövrü ötən il dekabrın 19-21-i arası olub.