30 Aprel 2023 12:19
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ailə üzvləri ilə birlikdə Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59 saylı referendum məntəqəsində olub və referendumda səs verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özəbkistan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.

Özbəkistanın 611 mindən çox vətəndaşı Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda artıq erkən səs verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər