"Boko Haram" silahlı radikal qruplaşmasının döyüşçüləri Nigeriyanın şimal-şərqindəki Malari yaşayış məntəqəsinə hücum edib. Onlar burada yeniyetmələr də daxil olmaqla ən azı 40 nəfəri oğurlayıb.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə yerli hakimiyyət orqanları xəbər yayıb.
"Əsir alınanların əksəriyyəti 15-23 yaşı olan gənc oğlanlardır", - şahidlər bildirib.
"Boko Haram" silahlı radikal qruplaşmasının döyüşçüləri ötən il də yüzlərlə gənci oğurlayıb. Təkcə 2014-cü ilin aprelində onlar Çibok şəhərindəki litseyin 200 şagirdini əsir almışdı.
Nihad