3 Yanvar 2015 14:15
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama keçən ilin sonunda Sony Pictures Entertainment şirkətinə qarşı kiber-hücum dalğasına cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyaları bəyan edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyalar ölkənin başlıca kəşfiyyat agentliyi də daxil olmaqla 3 qurumunu və 10 fərdi şəxsi hədəfə alıb. ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, onların hamısı Şimaki Koreya hökumətinin agentlikləri və rəsmiləridir.

Nazirliyin bəyanatda deyilir ki, yeni sanksiyalar mövcud qadağalardan çox ağır olacaq.

Samir


Müəllif: