Slovakiyanın xarici işlər və Avropa işləri naziri vəzifəsini icra edən Rastislav Kaçer istefasının qəbul edilməsi xahişi ilə Prezident Zuzana Çaputova müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya prezidentinin mətbuat katibi Martin Strijinets məlumat verib.
Onun sözlərinə görə, Kaçer başqa ölkədə ezamiyyətdədir, bu səbəbdən Prezident Aparatına hələlik xarici işlər nazirinin istefası ilə bağlı rəsmi müraciət daxil olmayıb.