Özbəkistanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.
Bu, mövcud konstitusiyaya əlavə və dəyişikliklərdən sonra ilk prezident seçkisi olacaq.
Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri 5 ildən 7 ilədək uzadılıb. Konstitusiya görə, ikinci müddətə vəzifədə olan hazırkı Prezident Şavkat Mirziyoyev yenidən namizədliyini irəli sürə bilər.
Bildirilib ki, əsas qanun parlamentin Aşağı Palatası tərəfindən qəbul edilərək bu ilin aprel ayında Senat tərəfindən təsdiqlənib və dərc edildiyi andan qüvvəyə minib.
Xatırladaq ki, Şavkat Mirziyoyev 2016-cı ilin dekabrında keçirilən növbədənkənar seçkidə Özbəkistan Prezidenti seçilib.