4 Yanvar 2015 10:35
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada Boko Haram radikal qruplaşması növbəti dəfə kütləvi oğurluq aktı ilə gündəmdədir.

Evronews telekanalı qruplaşma üzvlərinin Borno ştatında 40-a yaxın oğlanı oğurladığını xəbər verib. Oğlanlar 15-23 yaşlarında yeniyetmələrdir.

Ötən il Boko Haram qruplaşması Çibok şəhərində 200-dən çox tələbə qızı oğurlamışdı.

Adının mənası “Qərb Haram”dır olan qruplaşma üzvləri qadınların qərb təhsili almasını haram hesab edir./anspress/


Müəllif:

Oxşar xəbərlər