“ABŞ administrasiyası sülhü qorumaq üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmalıdır”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor özünün yutub kanalında bildirib.
““Rusiya ilə münasibətlərimiz düşmənçilik formasında olmalıdır” fikrini rədd edirəm. Biz onların maraqlarını başa düşməliyik”, -deyə Makqreqor əlavə edib.
Onun sözlərinə görə, ABŞ qlobal münaqişə riskindən qorxmur və Rusiyanı açıq qarşıdurmaya sövq etməkdə davam edir.
“Düşünürəm ki, biz müttəfiqlərimizlə birlikdə müdaxilə etməliyik”, - deyə o, fikrini yekunlaşdırıb.