Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə az qalmış Qərb mətbuatında daha bir diqqətçəkən məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, bu dəfə Fransanın “Le Monde” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alıb.
Məqalədə Qərb dünyasının Prezident Ərdoğanın seçkilərdə uduzmasını istədiyi bildirilib.
“Parisdə, Berlində və ya Vaşinqtonda Ərdoğanın Türkiyədə keçiriləcək prezident seçkilərində uduzması gizlicə arzu edilir”, - fransız nəşri yazır.