17 May 2023 00:43
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mayın 28-də ikinci turu keçiriləcək prezident seçkilərindən sonra ölkənin Rusiya ilə bağlı siyasəti dəyişməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" televiziya kanalının canlı yayımlanan proqramında deyib.

"Seçkilərə qədər apardığımız siyasəti davam etdirəcəyik. Biz təmasda olduğumuz Rusiya, ABŞ, Çin və Qərbə münasibətdə bunu dəyişmək fikrində deyilik. Eyni ruhda davam edəcəyik", - deyə o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər