"Taliban" hərəkatı tərəfindən formalaşdırılan Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Məhəmməd Həsən Axund səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsini xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalı "Taliban"nın hökumətindəki mənbəyə istinadən bildirib.
Adının açıqlanmasını istəməyən əfqan məmurunun sözlərinə görə, Əbdül Kəbir "Taliban" hökumətində müvəqqəti baş nazir təyin edilib. O, əvvəllər Məhəmməd Həsə Axundun siyasi məsələlər üzrə müavini vəzifəsində çalışıb.
Bu məlumatı Əfqanıstanın "Tolo News" telekanalının mənbəsi təsdiqləyib.