Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.
Onun sözlərinə görə, Dövlət Baxçalı müvəqqəti Məclisin sədri olacaq: "Biz onunla bu prosesi keçmişik. Onun haqqıdır".