Birləşmiş Ştatlar qrant paketinin bir hissəsi kimi təcili olaraq Tayvana “Stinger” portativ hava hücumundan müdafiə sistemlərini tədarük etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən “South China Morning Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon adaya “Javeli”n və “TOW 2B Aero” tank əleyhinə raket sistemlərini də verəcək. Nəşrin həmsöhbətinin fikrincə, belə silahlar Tayvana “kommunist qüvvələrə qarşı mübarizədə asimmetrik imkanları” gücləndirməyə imkan verəcək.
Komplekslərin çatdırılma tarixləri Vaşinqton tərəfindən daha sonra elan ediləcək.