23 May 2023 15:52
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən seçkilərin ilk turunda təxminən 2.8 milyon səs toplayan Sinan Oğanın ikinci turda Cümhur İttifaqının namizədi, Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ölkənin gündəminə bomba kimi düşüb.

Teleqraf.com xəbər verir ki, ATA İttifaqının digər üzvlərinin kimi dəstəkləyəcəyi də müzakirə mövzusudur.

Oğanın namizədliyini irəli sürən ATA İttifaqının qurucularından biri, Zəfər Partiyasının sədri Ümit Özdağ dünən onun qərarı ilə bağlı belə demişdi:

“Hörmətli Sinan Oğanın açıqlaması yalnız onun öz siyasi seçimidir. Bu bəyanat Zəfər Partiyasını təmsil etmir”.

Bu gəlişmədən sonra Ümit Özdağ müxalifətin Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. Özdağın Kılıçdaroğlunu dəstəkləyəcəyi iddia edilib.

Bu gün canlı yayımda kameralar qarşısına keçən Ümit Özdağ məsələ ilə əlaqədar söyləyib:

“Hörmətli Kılıçdaroğlu ilə bu axşam yenidən görüşəcəyik. Qaçqın məsələsi müzakirə olunacaq. Sabah Zəfər Partiyasında birgə bəyanat verəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər