29 May 2023 12:52
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sivas əyalətində yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə Sivas-Kangal avtomobil yolunun Yağdonduran kəndindən keçən hissəsində baş verib.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.


Müəllif: Teleqraf.com