1 İyun 2023 08:28
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Çin hakimiyyətləri qarşılıqlı olaraq hər iki ölkədə bir-birinin jurnalistlərinin fəaliyyətinə xitam veriblər.

Teleqraf.com xəbər verir ki, Hindistan ölkədə qalan iki çinli jurnalistin vizasını uzatmaqdan imtina edib, Çin isə buna cavab olaraq yeganə hindli jurnalistin akkreditasiyasını ləğv edib.

Qeyd olunur ki, Hindistandakı çinli jurnalistlər dövlət mediası olan “Sinxua” və Çin Mərkəzi Televiziyasını təmsil edirdilər. Çin Xarici İşlər Nazirliyi Hindistanda çinli jurnalistlərin təqibə məruz qaldığını dəfələrlə bəyan edib.

Gərginlik sərhəddə baş verən toqquşmalardan sonra artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər