1 İyun 2023 23:43
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsveç NATO üzvlüyünə dair Madriddə imzalanmış Üçtərəfli Memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməli və terrorizmlə mübarizədə konkret addımlar atmalıdır".

Teleqraf.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billströmə cavab olaraq bildirib.

Qeyd edək ki, daha əvvəl İsveç XİN rəhbəri bu gün Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında bu iclasın “İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesaj” olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər