9 İyun 2023 14:14
2 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı konkret tarixi dəqiqləşdirə bilmir.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nin erməni bölməsinin məsələ ilə bağlı müraciətinə cavab olaraq deyilib.

Dövlət Departamenti əlavə edib ki, Vaşinqton iki ölkə liderlərinin Kişinyovdakı son görüşü də daxil olmaqla, Ermənistan və Azərbaycan arasında müxtəlif yerlərdə davam edən danışıqlardan məmnunluğunu bildirir.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə can atmağa davam etdikcə, biz danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Birbaşa dialoq problemlərin həlli, davamlı və layiqli sülhə nail olmaq üçün açardır”, - açıqlamada qeyd olunub.

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri dünən ABŞ-ın paytaxtında keçirilməsi planlaşdırılan görüşün təxirə salındığını açıqlayıb. Görüş iyunun 12-də keçirilməli idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər