Türkiyə xarici işlər naziri Hakan Fidan 21-22 iyun tarixlərində Böyük Britaniyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, qardaş ölkənin baş diplomatı 21-22 iyun tarixlərində Londonda keçiriləcək Ukrayna Bərpa Konfransına qatılacaq.
Britaniya və Ukraynanın birgə təşkil etdiyi konfrans sonuncusu İsveçrə ilə birlikdə Luqanoda keçirilən illik tədbirlərin davamıdır. Bu konfranslar Ukraynanın inkişafı və müharibədən sonrakı yenidən qurulmasına yönəlib.
Hakan Fidan konfrans çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
Konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək. Ölkəmizin baş diplomatı artıq Londondadır.