Hindistan Baş naziri Narendra Modi ABŞ Prezidenti Co Baydenin dəvəti ilə iyunun 21-24-də Vaşinqtonda səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, səfərdən əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq mətbuat konfransında sualları cavablandırıb.
Bir jurnalist Sinqə “ABŞ Türkiyəyə S-400 almasına görə sanksiyalar tətbiq edərkən, bu sistemləri alan Hindistan niyə sanksiyalara məruz qalmır” sualını ünvanlayıb.
Pentaqon nümayəndəsi suala “Burada iki ayrı durum var” deyərək cavab verib:
“Biz həmişə bütün dünyada müttəfiqlərimizi və tərəfdaşlarımızı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə təşviq edəcəyik. Bu, Türkiyə, Hindistan və başqaları ilə davamlı olaraq təkrar etdiyimiz bir şeydir. Düşünürəm ki, iki çox fərqli vəziyyət var. Hindistana gəlincə, onların avadanlıqları inteqrasiya və diversifikasiya etmək qabiliyyətinə güvənirik”.