Fransanın paytaxtı Parisin beşinci rayonunda, Sen-Jak küçəsində partlayış baş verib, ilkin məlumatlara görə, 16 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Yerli polis bildirib ki, partlayışdan sonra binalardan birinin fasadı uçub, yanğın başlayıb.
"Le Monde" yazıb ki, xəsarət alanlardan 7-nin vəziyyəti ağırdır.
BMF-nin məlumatına görə, partlayış "Paris Amerika Akademiyası"nın binasında qeydə alınıb. Şəhər merinin müavini Eduard Sivel bildirib ki, yanğına səbəb qaz partlayışı olub. Fransanın daxili işlər naziri Jerald Darmanin partlayışın səbəbinin müəyyən edilmədiyini bildirib.