23 İyun 2023 10:29
3 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi aviasiyası gecə saatlarında Ukrayna ərazisinə 4 “Tu-95MS” bombardmançı təyyarəsindən raketlər atıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Rusiya təyyarələri gecə yarısı Xəzər dənizi akvatoriyasından havaya qalxıb, 13 ədəd “X-101” və “X-555” qanadlı raketi buraxılıb. Bütün qanadlı raketləri məhv edilib, onların əksəriyyəti Xmelnitski vilayətində vurulub. Hücumda əsas hədəf də Xmelnitskidəki hərbi aerodrom olub.

Məlumata görə, rus ordusu gecə saatlarında təkcə qanadlı raketlərdən deyil, “Şahid” tipli kamikadze pilotsuz təyyarələrdən (İran istehsalı) də istifadə edib.

“Ötən sutka ərzində düşmən üç X-47 “Kinjal” aeroballistik raketi, 3 “X-22” qanadlı raketi və dörd “Şahid-136” və “Şahid-131” kamikadze PUA-larından istifadə etməklə Ukrayna ərazisinə raket və hava zərbəsi endirib. Üç kamikadze pilotsuz uçan aparat hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, - Baş Qərargah bildirib.

Ruslar gün ərzində Ukrayna ərazisinə 49 hava hücumu həyata keçirib və raket zərbələri endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər