8 Yanvar 2015 07:13
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-un avanqard qüvvəsi sayılan qardaş Türkiyə öz hərbi potensialını daha da qüvvətləndirir. Belə ki, hərbi aviasiyasını modernləşdirən rəsmi Ankara əlavə 4 yeni nəsil F-35 qırıcıları almaq qərarına gəlib.

Teleqraf.com-un Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə əvvəlcə iki ədəd qırıcı sifariş olunmuşdu. Lakin sonradan hərbi-hava quvvələrin gücləndirilməsi planına əsasən, daha 4 qırıcı alınması nəzərdə tutulub.

Davutoğlu həmçinin bildirib ki, rəsmi Ankara daha 6 ədəd CH-47F - CHINOOK tipli helikopter əldə edəcək və beləliklə, onların sayını 11-ə çatdıracaq.


Müəllif:

Oxşar xəbərlər