24 İyun 2023 17:32
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyada baş verən hadisələrlə əlaqədar ölkə sərhədlərinə nəzarəti gücləndirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstanın Rusiyada baş verənləri diqqətlə izlədiyini deyib.

“Mümkün yeni köç dalğaları ilə əlaqədar sərhədlərimizə ciddi nəzarət edilməlidir”, - Zurabişvili əlavə edib.

Keçmiş baş nazir Georgi Qaxariya da Rusiyada baş verən hadisələrin gözlənilməzliyi fonunda hakimiyyəti təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırmağa və Rusiya ilə sərhədi müvəqqəti bağlamağa çağırıb.

“Təhlükə realdır. Gürcüstanın dövlət sərhədi Lars keçid məntəqəsi eskalasiya zonasına ən yaxın nöqtədir. Sabitliyi qorumaq üçün lazımi anda hərəkət etmək lazımdır”, - Qaxariya deyib.

Gürcüstan hakimiyyəti Rusiyada baş verən son hadisələri hələlik şərh etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər