“Vaqner” lideri Yevgeni Priqojinin missiyası qanlı qırğın təşkil etmək deyildi, sadəcə Vladimir Putini qorxutmaq idi”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Hesab edirəm ki, heç kim Priqojinin Belarusa 1700 texnika aparmasına icazə verməyəcək. Fikir verin, Ukraynanın əks-hücumu fonunda o, cəbhədən nə qədər silah çıxardı, yəni döyüşmək bizim üçün asanlaşacaq, işğalçıların mövqeləri zəifləyib. Rusiya xüsusi təyinatlıları isə indi “vaqnerçilər”in səhra düşərgələrinə gəlib silah götürəcəklər. Putin və Rusiya İmperiyası belə bir şeyi bağışlamayacaq - onlar qisas alacaqlaq, dəhşətli qisas alacaqlar”, - Jdanov bildirib.
Ekspert hesab edir ki, Belarus siyasi sığınacaq baxımından Priqojin üçün ən yaxşı ölkə deyil:
“Priqojin onsuz da “ölüm-qalım” nöqtəsinə çatmışdı. Tamaşanı idarə edənlər ona “yoxa çıxdı” rolunu hazırlayıblar. Onu Moskvaya buraxmadılar, müdafiə nazirinin rolu heç Priqojin səviyyəsində deyil. Konvoyunu tez dayandırdığına görə, ssenarini əvvəlcədən bilirdi. Onun missiyası qanlı qırğın təşkil etmək deyildi, sadəcə Putini qorxutmaq idi. Putinin kadr monolitini qırmaq lazım idi, bunu da Priqojin etdi”.