26 İyun 2023 21:27
3 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Belarusun paytaxtı Minskdə olduğu barədə xəbərlər yayılıb.

Teleqraf,сom xəbər verir ki, Priqojin üçulduzlu "Green City" hotelində olduğu deyilir.

Qeyd edək ki, Yevgeni Priqojinin bölmələrinin hücuma məruz qaldığını iddia edib və buna görə ölkənin hərbi rəhbərliyini günahlandırmışdı. Y.Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 minlik dəstəsi ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini bildirmişdi.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər