8 Yanvar 2015 13:24
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnklərin məşhur şəhəri Maçu-Pikçu iqlim dəyişikliyi səbəbi ilə məhv ola bilər.

Teleqraf.com xəbər verir ki, Peru alimlərinin fikrincə, son zamanlar iqlim daha sərt xarakter alıb: bir tərəfdən temperaturun artması və quraqlıq qalanı məhv edə biləcək meşə yanğınları təhlükəsi yaradır, digər tərəfdən isə yağıntı miqdarının kəskin artması qədim şəhər üçün yaxşı heç nə vəd etmir.

Perunun mühafizə olunan rayonlarının Milli xidmətinin müşaviri Markos Pastorun sözlərinə görə, yağış mövsümündə Maçu-Pikçuya adətən 2000 millimetr yağıntı düşür. İki metr hündürlüyündə su özü-özlüyündə çoxdur. İndi isə təsəvvür edin ki, bu rəqəm iki və hətta üç dəfə artıqdır! Bu zaman yaranan daşqın sadəcə olaraq şəhəri dağıdacaq. Dörd il bundan əvvəl güclü leysan nəticəsində baş verən sürüşmə inklərin qədim şəhərinə aparan yeganə dəmir yol xəttinin qarşısını kəsmişdi. O vaxt beş nəfər həlak olmuş, 4 min turist isə helikopterlərin köməyi ilə xilas edilmişdi.

Qeyd edək ki, hər il Maçu-Pikçunu milyon nəfərə qədər insan ziyarət edir. Hazırda qədim şəhərin yerləşdiyi dağda iqlimin və turistlərin qədim tikililərə təsirini ölçən xüsusi məntəqələr fəaliyyət göstərir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər