1 İyul 2023 23:04
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Lion və Marsel kimi böyük şəhərlərində baş verən iğtişaşlar zamanı 250 mağaza, 250 bank və 200 supermarket talan edilib.

Teleqraf.com xəbər verir ki, Fransanın maliyyə naziri Bruno Le Maire şənbə günü sığorta şirkətlərini tez bir zamanda təzminat ödəməyə və zərər çəkmiş pərakəndə satıcılar və sahibkarlar üçün güzəştlər tətbiq etməyə çağırıb.

“Kompensasiyalar mümkün qədər tez alınmalıdır” deyən Le Maire əlavə edib ki, söhbət 250 tütün mağazası, 250 bank və 200 supermarketdən gedir.

"Biz sığortaçılardan öz prosedurlarında mümkün qədər sadə olmalarını xahiş etmişik", - nazir qeyd edib.

Xatırladaq ki, Fransada 17 yaşlı əlcəzairli Nahelin polis tərəfindən öldürülməsindən sonra ölkənin bir neçə şəhərində iğtişaşlar başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər