8 Yanvar 2015 15:52
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada paytaxtı Parisin qərbindəki Le Mansda yerləşən məscidə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumda məscidə qumbara atılıb. Daha sonra isə binanın atəşə məruz qaldığı bildirilib. Yayılan məlumatlara görə, həmçinin məscid yaxınlığında partlamayan daha 3 ədəd qumbara aşkar edilib.

Faktla bağlı şəhər polisi araşdırmalar başlayıb.

Qeyd edək ki, dünən Parisdə “Çarli Hebdo” satirik jurnalının redaksiyasına edilən hücumdan sonra Fransada məscidlərə qarşı təzyiqlər artıb.

Samir


Müəllif: