9 Yanvar 2015 02:40
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdə dünən baş verən qətliamı törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşlarının 2005-ci ilə aid sensasiyalı görüntüləri ortaya çıxıb.
Avropa.info xəbər verir ki, 10 il əvvəl "Pittsburq Tribune" telekanalına verdiyi müsahibədə qardaşlardan biri, 22 yaşlı Şəruf Kuaşi dindar olmadığını bildirərək, içki içdiyini, marixuana istifadə etdiyini, qız dostları ilə birlikdə yaşadığını və pitzaçı işlədiyini deyib. Daha sonra Kuaşi rep dediyi və rəqs etdiyi videonu da telekanala təqdim edib.
Şübhəli Kuaşi 2005-ci ildə müsəlmanların İraqa döyüşə getməsinə yardımçı olduğu ittihamı ilə polis tərəfindən qısa müddətə həbs olunubmuş. Həmin müsahibə isə həbsdən çıxdıqdan sonra alınıb.
2008-ci ildə 18 ay həbs cəzasına məhkum edilən Kuaşi məhkəmədə hakimə bir supermarketdə çalışdığını, lakin əsl məşğuliyyət sahəsinin rep musiqi olduğunu danışıb.
Kuaşi qardaşlarının adı 2010-cı ildə Əlcəzair İslam Ordusu silahlı qruplaşmasının bir üzvünü həbsdən qaçırmaq ittihamında çəkilib. Lakin yetərli dəlillər olmadığından qardaşlar həbs olunmayıblar.

Müəllif:

Oxşar xəbərlər