Yekaterinburqda xüsusi hərbi əməliyyatda (SVO) istifadə üçün nəzərdə tutulan “Kukuşka” pilotsuz döyüş təyyarəsi yaradılıb.
Teleqraf.com Rusiya KİV-nə istinadla xəbər verir ki, çəkisi bir kiloqramdan bir qədər çox olan uzaqdan idarə olunan pilotsuz təyyarə eyni anda üç patron daşıya bilir. Siqnal qəbulu diapazonu dörd kilometrdir. Yüklənmiş dron saatda 60-65 kilometr sürətə çata bilir. Onun kəşfiyyat və düşmən mövqelərinə hücum üçün istifadə ediləcəyi güman edilir.
Dronun yaradıcılarından biri olan sahibkar Pavel iki prototipin hazırlandığını, onlardan birinin artıq sınaqdan keçirildiyini və kütləvi istehsala hazır olduğunu, ikincisinin isə patentləşdirməyə hazırlandığını bildirib.