Odessa şəhərinə raket hücumu nəticəsində 50 ev, o cümlədən Yunanıstanın konsulluğu zədələnib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O qeyd edib ki, hücumda müxtəlif tipli 19 raketdən istifadə edilib.
Onun sözlərinə görə, baş kilsə də atəşə tutulub.
“1936-cı ildə bolşeviklər baş kilsəni qarət edib dağıdıblar. O bərpa olundu, indi də terrorçular onu yenidən dağıtmağa çalışırlar”, - Zelenski bildirib.