Rusiya-Ukrayna müharibəsi tezliklə bitməsə, Şimali Atlantika Alyansı bir ildən sonra parçalanmağa başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin keçmiş qərargah rəisi, istefada olan polkovnik Lourens Uilkerson deyib.
Onun fikrincə, NATO-nun dağılması təxminən 12-15 ay çəkəcək. O hesab edir ki, müharibə uzansa və ABŞ vəziyyətin həlli üçün heç bir addım atmasa belə vəziyyət yaranacaq.