Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsündəki partlayışda Qərb dövlətlərinin əli olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, Zaxarova bu barədə öz teleqram kanalında yazıb.
O, Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə reaksiya verərək əlavə edib:
“Reznikov bildirib ki, Kiyev Krım körpüsünə zərbələr endirməyə davam edəcək. ABŞ, Britaniya isə Avropa İttifaqı ilə birlikdə bunun əvəzini ödəyəcək”, - deyə Zaxarova yazıb.