26 İyul 2023 08:00
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib, bu qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.

Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT dövlətlərinin dini zəmində insanlara qarşı hücumları, habelə onların dini rəmzlərinə, müqəddəs kitablarına, evlərinə, müəssisələrinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş oxşar hərəkətləri, beynəlxalq hüquq normalarını pozaraq qətiyyətlə pislədiyi ifadəsi yer alıb.

O qeyd edib ki, İspaniya qətnamədən beynəlxalq hüququn pozulması ilə bağlı sözlərin çıxarılmasını təklif edib, lakin digər ölkələr bu təklifi rədd edib:

“Qətnamə konsensusla təsdiq edilib. İlk dəfə olaraq BMT qətnamələrinin mətninə dini simvollara və müqəddəs kitablara ayrıca istinad daxil edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər