Qazaxıstanın Almatı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər ölüb, 43-ü xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Departamenti məlumat yayıb.
Alatau rayonunda qeydə alınan yanğın zamanı 23 təcili tibbi yardım briqadası cəlb olunub. 250 nəfər təxliyə edilib.