Parisin Baş prokurorluğu mətbuatın Kouaçi qardaşlarının şəxsi məlumatlarını paylaşmasının doğru olmadığını bəyan edib.
Bununla bağlı baş prokuror Fransua Molins xüsusi açıqlama verib. O “Charlie Hebdo”, “Montrouge” və market hücumları ilə bağlı operativ məlumatlandırma yığıncağı keçirib.
Prokuror Molins xatırladıb ki, hər üç hadisə ilə əlaqədar 16 şəxs saxlanılıb. Saxlanılanlar arasında Kouaçi qardaşlarının sevgilisi olan 2 xanım da var. Yaranmış vəziyyətlə bağlı indiyədək prokurorluq 100-dən çox şahidin ifadəsini alib.
Prokuror bəyan edib ki, terrorçuları istifadə edib atdıqları üz maskasında qalan DNT izləri əsasında müəyyənləşdirmək və yaxalamaq mümkün olub.
Nail Cəlil