ABŞ müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə müavini Ronald Multrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfərdə olub.
Teleqraf.com xəbər verir ki, dördgünlük səfər zamanı Multri İsrail Müdafiə Nazirliyinin hərbi-siyasi şöbəsinin direktoru Dror Şalom, hərbi və kəşfiyyat korpuslarının digər yüksək səviyyəli rəsmiləri ilə görüşüb.
Görüşlərdə regional təhlükəsizliyin gücləndirilməsi və mühüm məlumatların birinci əldən alınması ilə bağlı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Rəsmilər həmçinin “Hizbullah” təhlükəsini, İranın sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizə səylərini, bununla əlaqədar kəşfiyyat və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Göstərilən istiqamətlər üzrə razılaşmanın əldə edildiyi bildirilir.