10 Avqust 2023 21:47
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi 50 faiz artımla 2 500 (157 manat) lirəyə yüksəlib. Artıq Türk Hava Yollarında reys qiymətlərinə baxdıqda biletlərin bahalaşdığı görünüb.

Teleqraf.com xəbər verir ki, təyyarədə yerlərin 15 faizi 2 500 lirəyə (157 manat), qalan 85 faiz yerlər isə 1 650 (104 manat) lirəyə satmaq olar.

Eyni zamanda, sonuncu artım bir aydan az əvvəl olub. Belə ki, iyulun sonunda qiymətlər 43 faiz yüksəlib. İlk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib, o vaxt isə bilet 299 (19 manat) lirə olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər