Fransada yumor jurnalı “Charlie Hebdo”ya təşkil edilən və 12 adamın həyatını itirməsinə səbəb olan silahlı hücum Avstriya, Misir və Qəzzada da etiraz doğurub.
Teleqraf.com-un məlumatına görə, Avstriyanın paytaxtı Viyanada toplanan təxminən 12 min adam silahlı hücuma etiraz nümayişi keçirib.
Hökumət tərəfindən Baş nazirlik binası qarşısında "Terrora Qarşı Birlik" adıyla təşkil edilən nümayişə Avstriya Respublika başçısı Heinz Fischer, Baş nazir Werner Faymann, Baş nazir Köməkçisi Reinhold Mitterlehner, nazirlər, millət vəkilləri, dini birliklərin nümayəndələri və çox sayda vətəndaş qatılıb.
Müsəlman, xristian, yəhudi və digər dini qruplardan ibarət minlərlə insan Parisdəki terror hücumlarını etiraz etmək üçün "Mən “Charlie”yəm" yazılı pankartlar açıb.
Yürüşdə iştirak edənlər hücumda həyatını itirənlər üçün bir dəqiqəlik hörmət duruşu elan ediblər. Nümayişdə baş verən son terror hərəkətləri şiddətlə qınanıb.
Nail Cəlil