12 Yanvar 2015 08:49
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD bu dəfə İraqa yardıma gələn İran hərbçiləri ilə açıq döyüşlər girib. Baş verən qanlı döyüşdə İranın yüksək rütbəli komandiri həlak olub.

Teleqraf com-un məlumatna görə, komandir İraqın Samirə şəhərində İŞİD terrorçuları ilə atışma zamanı dünyasını dəyişib.

“Fars” agentliyi xəbər verir ki, İran İnqilabı Keşikçiləri korpusunun komandirlərindən olan Mehdi Novruzi Samirədə olan 11-ci İmam Həsən əl Əskərinin hərəminin müdafiəsi zamanı öldürülüb.

Xatırladaq ki, rəsmi Tehran daha əvvəl İraqda və Suriyada hərbçilərinin olması faktını qəbul etməsə də daha sonra müqəddəs məkanların mühafizəsi məqsədilə dövlət ordusu və könüllü partizanlara hərbi məsləhətlər vermək üçün bu ölkələrdə hərbçiləri olduğunu açıqlamnışdı.

Novruzinin cəsədinin ötən axşam Kərmanşaha aparıldığını, bu gün isə torpağa tapşırılacağını bildirilib.


Müəllif:

Oxşar xəbərlər